Ermənistanda silahlı dəstə komandiri həbs olundu
Ermənistanda “Sisakan” adlı hərbi dəstənin komandiri Aşot Minasyan həbs edilib.
“Minval.info” xəbər verir ki, bu barədə məlumatı onun vəkili Miran Poqosyan öz feysbuk hesabında məlumat verib.
Vəkil hesab edir ki, Minasyanın həbsi ilə bağlı qərar Ermənistan hakimiyyətinin istəyinə uyğun olaraq verilib.
Qeyd edək ki, A. Minasyan 2020-ci il noyabrın 14-də Baş nazir Nikol Paşinyana sui-qəsdin hazırlanması faktı ilə bağlı başlanılan cinayət işi çərçivəsində saxlanılmışdı. O zaman istintaq bildirmişdi ki, Minasyanda çox sayda silah-sursat aşkar olunub. Həmçinin telefon danışıqları da paylaşılıb və qeyd olunur ki, bu danışıqlarda Minasyan sui-qəsdin təfərrüatlarını müzakirə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lavrov: “NATO Rusiya ilə sərhədə hərbi texnika yerləşdirir”
Gürcüstanda məhdudiyyətlərin tətbiqi müddəti uzadılır
Rusiyada koronavirusdan gündəlik ölüm sayı növbəti dəfə rekordu yeniləyib
Qonşu ölkədə 13 məhbus aclıq aksiyası keçirir
İrəvanda mitinq keçirilib, saxlanılanlar var
Gürcüstanın azərbaycanlı müharibə veteranı Baş nazirə müraciət edib