Ermənistanda Rusiya kanallarının bağlanması təklif edildi
Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyasının deputatı Narina Tuxikyan radio və televiziya verilişlərinin təqdimatı üzrə milli komissiyanın hesabatı zamanı Rusiya kanallarının ölkədə yayımının məhdudlaşdırılması məsələsini qaldırıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tuxikyan Rusiyanın “Mir”, “ORT” və “Rosiyya 1” kanallarının yayımının dayandırılmasını istəyib. O, buna səbəb kimi həmin kanalların verilişlərində siyasi çağırışlar olmasını göstərib. Millət vəkili həmin kanalların xüsusilə Ermənistan əleyhinə fəaliyyətindən narahat olduğunu dilə gətirib.
Radio və televiziya verilişləri üzrə Milli Komissiyanın sədri Tiqran Akopyan öz növbəsində bunun siyasi məsələ olduğunu deyib. Akopyan bildirib ki, ona bu məsələ ilə bağlı Ukrayna və Gürcüstan nümunə göstərilərək dəfələrlə müraciət edilib:
“Ukrayna, eləcə də Moldova və Gürcüstan ərazilərindən məhrum oldu. Kanalların bağlanması məsələsi hazırda gündəmdə olmasa da, Ermənistanın informasiya təhlükəsizliyinə təhdid olması doğrudur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub