Şəxsiyyəti müəyyən edilməyən şəxslər Ermənistanda Nikol Paşinyanın heykəlini zədələyiblər. 

Oxu.Az-ın News.am-a istinadən məlumatına görə, naməlum şəxslər Paşinyanın heykəlinin ayağının bir hissəsini qoparıb oğurlayıblar.

Qeyd edək ki, heykəl Vanazdor-Gümrü avtomobil yolunda bu ilin sentyabrında qoyulmuşdu.

Heykəl hazırda Ermənistanın baş naziri vəzifəsini icra edən “Mənim addımım” blokunun liderinin yeriyərək aksiya təşkil etməsinə həsr olunub.