Ermənistan parlamentinin gülləyə tutulmasını Putin təşkil edib?

Erməni KİV-ləri Milli Şuranın Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının genişləndirilmiş iclasının gedişi haqda sensasiyalı informasiya yayıblar. Ermənistandakı analitiklər Rusiya prezidenti Vladimir Putin barəsində onu ləkələyən bəyanatın səsləndirilməsinə rəsmi Yerevan və Kreml arasında münasibətlərin pisləşməsinin nəticəsi kimi baxırlar.
Virtualaz.org “Yerkramas”a istinadən bildirir ki, komissiyanın 27 oktyabr 1999-cu ildə Yerevanda baş vermiş hadisələrin, hansında ki, parlamentin spikeri Karen Dəmirçyan və baş nazir Vazqen Sarkisyan öldürülmüşdülər, araşdırmasının müzakirəsinə həsr edilmiş iclası zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın silahdaşı, iqtidar partiyasından millət vəkili, Müdafiə və təhlükəsizlik məsələləri üzrə parlamentin daimi komissiyasının sədri Andranik Koşaryan sensasiyalı bəyanatla çıxış edib.
“Oktyabr ayının 27-də törədilən cinayətin üstü açılıb. Sifarişçilər məlumdur. Bu, Rusiyanın xüsusi xidmət orqanları tərəfindən Vladimir Putinin əmri ilə həyata keçirilib”, – deyə erməni mətbuatının yaydığı bəyanatda vurğulanıb.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Erməni generalın sanatoriyasında kütləvi dava olub, meyit aşkarlanıb
Rusiyada helikopter qəzaya düşdü
Ermənistanda koronavirusa yoluxanların sayı 242 mini keçdi
Gürcüstan prezidenti: "Azərbaycanlılar və ermənilər sülh içində yaşamalıdır"
Ermənistan ordusunun iki hərbçisi həbs olundu
Tonoyanın şok bəyanatına Müdafiə Nazirliyindən kəskin CAVAB
AZAL uçuşları İstanbuldakı bu hava limanından yerinə yetirəcək