Ermənistan parlamentində transgenderin çıxışı qalmaqal yaratdı - VİDEO

Ermənistan parlamentində transgender Lilit Martirosyanın çıxışı qalmaqala səbəb olub.
“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, insan haqları ilə bağlı mövzunun müzakirə olunduğu iclasda Lilit “Doğru tərəf” təşkilatının nümayəndəsi kimi tribunaya çıxaraq nitq söyləyib. Parlamentin insan haqları və ictimai məsələlər üzrə komissiyasının rəhbəri Naira Zoqrabyan özünü zorlanmış və diskriminasiyaya məruz qalmış insanların nümunəsi kimi təqdim edən Martirosyanın transgender olduğunu sonradan bilib və açıq-aşkar şoka düşüb.
O, Lilitin sözünü yarımçıq kəsərək onun komissiyaya, insan haqları ilə bağlı müzakirəyə hörmətsizlik etdiyini bildirib. Lilitin “Bu da növbəti diskriminasiya cəhdi” sözlərindən sonra Zoqrabyan əsəbiləşərək ondan zalı tərk etməyi tələb edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub