Ermənistan İstintaq Komitəsində yeni qalmaqal: Müstəntiq pul mənimsəməkdə ittiham olunur
Ermənistan İstintaq Komitəsində növbəti korrupsiya qalmaqalı gündəmə gəlib.
Minval.info xəbər verir ki, yerli “Hraparak” qəzetinin məlumatına görə, komitənin keçmiş müstəntiqi Vazgen Abqaryan maddi sübut kimi götürülmüş pulları mənimsəməkdə ittiham olunur.
İddialara əsasən, Abqaryan cinayət işi çərçivəsində keçirilən axtarış zamanı aşkar edilən 500 ABŞ dolları və 40 avronu maddi sübut kimi götürərək möhürləyib. Lakin sonradan həmin vəsaiti mənimsədiyi ehtimal edilir.
İstintaqın versiyasına görə, keçmiş müstəntiq oğurluğu gizlətmək məqsədilə möhürlənmiş zərfin içinə oxşar görünüşlü başqa bir zərf yerləşdirib. Bildirilir ki, sözügedən axtarış narkotik vasitələrin satışı ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxsin evində aparılmışdı.
Hadisə iş məhkəməyə göndərildikdən sonra üzə çıxıb. Maddi sübutlar yoxlanılarkən zahirən zədələnməmiş zərfin içərisində ikinci, cırılmış zərf aşkar olunub və pulların yerində olmadığı müəyyən edilib.
Bundan sonra Vazgen Abqaryana qarşı ittiham irəli sürülüb. O artıq İstintaq Komitəsində çalışmır. İşə Ermənistanın Antikorrupsiya Komitəsində baxılır və keçmiş müstəntiq barəsində ölkədən çıxışa qadağa tətbiq edilib.
Məqalədə qeyd olunur ki, bu, İstintaq Komitəsində pulların yoxa çıxması ilə bağlı ilk hadisə deyil. 2025-ci ildə saxta müstəntiq vəsiqəsi olan bir şəxs komitənin İqtisadi Cinayətlərin və Qaçaqmalçılığın Araşdırılması Baş İdarəsinin binasına daxil olaraq 590 min ABŞ dolları oğurlamışdı.
Həmin iş üzrə baş idarənin vəzifəsini müvəqqəti icra edən Qor Tadevosyan və daha bir şəxs təqsirləndirilən qismində cəlb olunub. Faktla bağlı Antikorrupsiya Komitəsində istintaq davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır