Ərdoğan: "Məkkə Anlaşması ilə sülh gələcəyini inşa edirik"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ölkəsinin ABŞ ilə köklü müttəfiqlik əlaqələrinə malik olduğunu vurğulayıb. Ərdoğana ABŞ Prezidenti Donald Trampın onun haqqında tez-tez müsbət fikirlər səsləndirdiyi xatırladılaraq, bu münasibətin Türkiyə-ABŞ əlaqələrinə necə təsir edəcəyi soruşulub.
Minval.info xəbər verir ki, Ərdoğan, Tramp ilə birbaşa və açıq şəkildə danışa bildiklərini bildirib. O, bu münasibətin Türkiyə-Amerika əlaqələri və regiondakı hadisələr baxımından əhəmiyyətli bir imkan olduğunu qeyd edib.
Son görüşlərində İran məsələsindən tutmuş regional təhlükəsizliyə qədər geniş bir gündəmi müzakirə etdiklərini ifadə edən Ərdoğan, liderlər arasında açıq ünsiyyətin fikir ayrılıqlarını idarə etməyi və ortaq həll yolları tapmağı asanlaşdırdığını vurğulayıb. O, Türkiyə ilə ABŞ arasında uzun illərə dayanan köklü müttəfiqlik əlaqələrinin olduğunu və bu əlaqələrin daha da inkişaf etdirilməsi potensialına malik olduğunu bildirib.
ƏLAQƏLİ
Paşinyanın istefa planı Ermənistanı siyasi dilemmanın qarşısında qoyur
Erməni məsələsinə də toxunan Ərdoğan, “Ermənistanla əlaqələrimizi normal vəziyyətə gətirmək üçün addımlar atırıq. Məqsədimiz sülh və sabitlikdir,” deyə bildirib. O, həmçinin Türkiyənin İsrail ilə münasibətlərindəki bəzi məsələlərdəki fikir ayrılıqlarına da toxunub.
Ərdoğan, Türkiyənin xarici siyasətini “qaçınılmaz müharibə ssenariləri” üzərində qurmadığını qeyd edib. O, Suriyadakı vəziyyətə dair mövqelərinin dəqiq olduğunu və bu istiqamətdə işlərin davam etdiyini vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyanın istefa planı Ermənistanı siyasi dilemmanın qarşısında qoyur
İspaniya xarici diplomların tanınmasını dayandırdı: səbəb nədir?
Qərbi Azərbaycan İcması ABŞ konqresindəki dinləmələrə etiraz etdi
Alen Simonyan dekabrda Azərbaycana səfər edəcək
Tramp, Putin və Szinpin ayaqüstü qısa söhbət etdi - VİDEO
Azərbaycan-Almaniya universiteti yaradıla bilər
Almaniya İrana bakıdan çağırış etdi