Eminin açdığı kafedə yaşlı insanlara pulsuz nahar veriləcək - Fotolar
Rusiyanın paytaxtında yaşlı insanların hər gün pulsuz nahar edə biləcəyi “Dobrodomik” adlı kafe açılıb.
“Qafqazinfo”nun “Crocus Group”a istinadən məlumatına görə, Moksvada yerləşən “Dobrodomik” Azərbaycanın Xalq artisti Emin Ağalarovun və layihənin təsisçiləri – Aleksandra Sinyak və Yevgeni Qerşeviçin təşəbbüsü ilə ərsəyə gətirilib. Onların hər üçü yeni açılan məkanın ilk qonaqlarını şəxsən qarşılayıb.
Səhər və axşam kafe adi qaydada çalışır. Belə ki, xeyriyyə layihəsi gəlir əldə edərək yaşlı insanların pulsuz nahar etmələri üçün şərait yaradır. Bununla da kafeyə gələn hər kəs xeyriyyə layihəsinin iştirakçısına çevrilir.
ƏLAQƏLİ
Türkiyə-Liviya dəniz səlahiyyətləri razılaşmasına Liviya Parlamentindən təsdiq
Kafedə yaşlı insanların və sağlamlıq imkanları məhdud olan ziyarətçilərin rahatlığı üçün bütün şərait yaradılıb.
Layihə “Restaurants by Crocus Group” holdinqinin tərkibinə daxildir.








Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək