“Tesla” və “Space X” şirkətinin qurucusu Elon Maskın atası haqqında şok iddia qaldırılıb.
E.Maskın “bərbad bir insan, şeytanın üzərində detallı işlədiyi plan” adlandırıb, görüşmədiyi atasının ögey qızı ilə münasibətdə olduğu və ondan bir uşağı olduğu ortaya çıxıb.
“Mailonline”nin xəbərinə görə, E.Maskın 72 yaşlı atası Errol Mask 30 yaşlı ögey qızı Yana Bezuidenhoutla cinsi əlaqədə olub. Cənubi afrikalı biznesmen Errol Yananın anası ilə evləndiyi zaman adıçəkilən qızın 4 yaşı olub. Errol verdiyi açıqlamada 18 il evli olduğu Yananın anasının çətinliklə xatırladığını deyib.
Errolun ailəsinə yaxın mənbələrdən verilən məlumata görə isə biznesmenin Yananın anasından 2, Yanadan isə 1 övladı var.


































