Eldar Mahmudov 6 min manata yaxın pensiya alır
Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov 6 min manata yaxın pensiya alır.
Minval.info Gununsesi.info-ya istinadən xəbər verir ki, sabiq MTN şefinin pensiyasının yüksək məbləğdə hesablanması onun uzun illər nazir və yüksək rütbə daşıması ilə əsaslandırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə bildirilib ki, pensiya məbləği şəxsi məlumatlar kateqoriyasına aid edildiyindən bu barədə ya şəxsin özü tərəfindən, ya da müvafiq məhkəmənin sorğusu əsasında açıqlama verilə bilər.
Qeyd edək ki, hazırda Eldar Mahmudovun 66 yaşı var. 2004-cü ildən ölkənin milli təhlükəsizlik naziri olan Mahmudov 2015-ci ildə vəzifəsindən azad edilib. Həmin vaxt Eldar Mahmudov general-polkovnik rütbəsində olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan bazarında Ermənistan məhsulları: Yeni dövr başlayır
Bakıda yağış və külək həyatı iflic etdi
Boşanma sonrası 93 min uşaq tək valideynlə yaşayır
Payız endirimləri: Bölgələrdə qiymətlər 50% ucuzlaşır!
Əhmədin 627 ballıq uğur hekayəsi!
Bakıda leysan və şimşəkli hava gözlənilir
Azərbaycanda 28 məktəbdə yeni peşə sinifləri açılır