Efirdə dava, qonaqlar verilişi tərk etdi: "Bu nə bazardır, anana belə deyərdin...?" - Video
“Space TV” də yayımlanan verilişdə indiyə qədər baş verməmiş olay yaşanıb. Proqrama dəvət alan qonaqlardan ikisi studiyanı tərk edib.
Minval.info xəbər verir ki, gərginlik verilişdə iştirak edən gənc yazar İkinci Mahmudun səsləndirdiyi fikirlərdən sonra baş verib. O, çıxışı zamanı cəmiyyətdə olan bütün neqativlikləri böyüklərin dövrü ilə əlaqələndirib. Yazarın sözlərinə görə, “yaşlılar gənclərə bərbad mühiti miras qoyublar və nəsihət verməyə mənəvi haqları yoxdur”.
İ.Mahmud Azərbaycanın 20 faiz torpaqlarının işğal edilməsini də böyüklərin günahından olduğunu söyləyib.
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
Bu zaman söz alan vəkil Tahir Əlirzayev yazara “20 faiz torpaqların nə zaman işğal olunub” sualını verib. Gənc isə bunun cavabını bilmədiyini dilə gətirib. Ardınca tərəflər arasında qızğın mübahisə davam edib.
İkinci Mahmud sonda ayağa qalxaraq T.Əlirzayevə “sizinlə polemikaya girmək üçün həyasız olmaq lazımdır” deyəndən sonra ara bir az da qızışıb. Belə ki, onun sözlərindən sonra vəkil heçnə söyləmədən studiyanı tərk edib.
Ardınca qonaqlardan biri aktyor Vahid Əliyev ortaya çıxan mənzərəyə narazılığını bildirib və gənc yazara “atana, anana belə kəliməni işlədərdin?” deyərək qəzəbini ifadə edib. Sonra isə Tahir Əlirzayevin arxasınca gedib.
ƏLAQƏLİ
Zaur Baxşəliyevlə Rəşad Məcid arasında "TikTok" polemikası: “Dünya süni intellektdən danışır, biz isə...”
Aparıcı Elçin Əlibəyli isə qalmaqal zamanı operatora “çəkin-çəkin” deməyi diqqətdən yayınmayıb. (4:03 dəq.)
Verilişin əməkdaşları studiyanı tərk edən qonaqları geri qaytarmaq istəsə də bu, baş tutmayıb.
Daha ətraflı təqdim etdiyimiz videoda:
ƏLAQƏLİ
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
https://www.youtube.com/watch?v=60G9_hKO_GA&feature=youtu.be
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"