DYP sürücülərə xəbərdarlıq edib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə xəbərdarlıq edib.
BDYPİ-dən ““Minval.info”“ya daxil olan xəbərdarlıqda deyilir:
“Cəmiyyətdə geniş yayılmış və insanların narazılığını doğuran pozuntuların, o cümlədən yol hərəkəti və yol hərəkəti təhlükəsizliyi qaydaları əleyhinə olan hüquqpozmaların qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən ötən ilin əvvəlindən başlanılmış tədbirlər 2022-ci il ərzində də davam edir.
Qarşıda duran əsas vəzifə vətəndaş cəmiyyəti institutlarının, o cümlədən kütləvi informasiya vasitələrinin nümayəndələrini cəlb etməklə yol hərəkəti iştirakçıları ilə nəzarət-profilaktik, ən başlıcası isə maarifləndirmə xarakterli tədbirlərin keçirilməsidir.
Cari ilin yanvar ayından başlayan və ilin sonunadək həyata keçirilməsi planlaşdırılan işlər əsasən sürücülər tərəfindən dayanma-durma və parklama, həmçinin təhlükəsizlik kəmərlərindən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması, sürücülərin piyadalara yol verilməməsi, eləcə də piyadalar, motosiklet, moped və velosiped sürücüləri tərəfindən qaydalara əməl edilməməsi, nəqliyyat vasitəsinin sürücülük hüququ olmadan və yaxud sərxoş vəziyyətdə idarə olunması, avtoxuliqanlıq, ətraf mühitin nəqliyyatdan atılan zəhərli qazlarla çirkləndirilməsi hallarının qarşısının alınması tədbirlərini əhatə edir.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək onları yol hərəkəti qaydalarına əməl etməyə, bu sahədə hüquqpozmaların qarşısının alınması və ictimai maraqların qorunmasında aktiv iştirakçılığa dəvət edir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur