Dünyanın ən varlı idmançısına striptizçi sevgilisinin ailəsindən ŞOK QADAĞA
Dünyanın ən varlı idmançısı hesab olunan Floy Meyvezerin yeni eşq macərası qalmaqala səbəb olub.
Fanat.Az xəbər verir ki, məşhur boksçu Las Veqasdakı bir gecə klubunda striptizçilik edən Anna Monroe ilə münasibətə başlayıb. Lakin qızın ailəsi bu münasibətə qarşı çıxıb.
43 yaşlı boksçunun əvvəlki sevgililərini döyməsini əsas gətirən Monroenun ailəsi qızlarının onunla görüşməsinə qadağa qoyub. Onlar Annanın da Meyvezerin keçmiş sevgililərinin aqibətini yaşamasını istəmir.
Ailəyə yaxın mənbənin verdiyi məlumata görə, xüsusən Monroenun atası bu münasibətə qarşıdır və qızının Meyvezerin pullarına görə başının döndüyünü hesab edir. O, qızına “Floyd bir müddət sonra səndən bezəcək və digər sevgililərinə etdiyi pislikləri sənə də edəcək” deyib.
Amma gənc qız ailəsinin qərarına rəğmən boksçu ilə görüşməyi davam etdirmək qərarına gəlib.
Qeyd edək ki, Meyvezer Josie adlı sevgilisini döydüyü üçün 2 aylıq həbs cəzası almışdı.







Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Meksikada “Z nəsli”etirazları böyüyür
Leyla Əliyeva 2 oğlu şəhid olan ananı ziyarət etdi - FOTOLAR
“Görünməyənin ardında” adlı fərdi foto sərgi açılacaq
Miri Yusifdən konsert öncəsi yeni – Fotolar
Nura bu dəfə kənd qızı oldu - FOTOLAR-VİDEO
İş başında ölən zavod işçilərinin FOTOSU
Renkadan yeni FOTOLAR