Dünyanın ən hündür binası tikilir - VİDEO
Səudiyyə Ərəbistanında dünyanın ən hündür binası inşa olunur.
“Jeddah Tower” və ya “Bürc əl Məmləkə” adlanan bu bina Ciddə şəhərindən 32 km şimaldadır.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, 1007 metr yüksəkliyə malik, 252 mərtəbədən ibarət bina 80 min insanın yaşayacağı “Kingdom Center” adlı yeni yaşayış massivinin mərkəzi olacaq.
Qırmızı dənizin sahilindəki layihənin ümumi dəyəri 75 milyard səudi rialı, yəni 20 milyard dollardır.
Binanın layihəsi Edrian Smitin memarlıq bürosuna məxsusdur.
“Jeddah Tower”in 150-ci mərtəbəsində 30 metr diametrli “Səma ekyvanı” olacaq.
110 metr dərinlikdə özülə malik bina Səudiyyə Ərəbistanını və dünyanın ən zəngin insanlarından biri, ölkə kralının qohumu, hazırda həbsdə olan şeyx əl Valid bin Təlala məxsus “Kingdom Holding Company”yə (KHC) məxsusdur.
İnşaat işlərini “Bin Laden Group” həyata keçirir.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır