Dünyanın ən böyük aysberqi dağılmağa başladı - FOTO
Dünyanın Antarktida sahillərində yerləşən ən böyük aysberq dağılmağa başlayıb.
“Report” xəbər verir ki, bu barədə Suonsi Universitetinin tədqiqatçılarına istinadən “BBC News” bildirib.
Qeyd edilir ki, A-68 aysberqi 175 kv sahəyə malik hissədən məhrum olub. Bu, onun əriməsinin başlanğıcına dəlalət edir.
ƏLAQƏLİ
Selena Qomezdən yaxtada ROMANTİK TƏTİL – Makiyajsız görünüşü diqqət çəkdi
Aysberq 2017-ci ilin iyulunda Larsen buzlağından qopub. Həmin vaxt onun sahəsi 5,8 min kvadrat metr təşkil edirdi. Bu, Lüksemburqun sahəsindən iki dəfə böyük ərazidir.

A-68 aysberqinin bir hissəsinin qopması buzlağın sahəsinin 12 faizinin azalmasına gətirib çıxarıb.
Qeyd edək ki, alimlər qlobal istiləşmə ilə əlaqədar aysberqlərin bir qisminin əriyəcəyini proqnozlaşdırırlar. Bu isə öz növbəsində dünya okeanı səviyyəsinin qalxmasına, quru ərazilərin, o cümlədən materiklərin sahillərinin, habelə adaların su altında qalmasına səbəb olacaq.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Selena Qomezdən yaxtada ROMANTİK TƏTİL – Makiyajsız görünüşü diqqət çəkdi
Meksikada “Z nəsli”etirazları böyüyür
Leyla Əliyeva 2 oğlu şəhid olan ananı ziyarət etdi - FOTOLAR
“Görünməyənin ardında” adlı fərdi foto sərgi açılacaq
Miri Yusifdən konsert öncəsi yeni – Fotolar
Nura bu dəfə kənd qızı oldu - FOTOLAR-VİDEO
İş başında ölən zavod işçilərinin FOTOSU