Dünya ulduzlarının milyonlarla “Twitter” izləyicisi hara yoxa çıxıb?

Bu günlərdə dünyanın məşhur şəxsləri “Twitter” hesablarındakı izləyici sayının kəskin şəkildə aşağı düşməsini müşahidə ediblər.
Minval.İnfo Sfera.az-a istinadən xəbər verir ki, çərşənbə günündən etibarən “Twitter” “təmzləmə dalğası”na başlayıb. Populyar mikrobloq şəbəkəsi bu addımı botları təmizləmək məqsədilə etdiyini bildirib. Bloklanmış istifadəçilər real insan olmalarını təsdiqləməsələr, onların hesablarının bərpa imkanı olmadan silinəcək.
“Twitter” şirkətinin sədri Vicay Qadde deyib ki, “canlı” hesabların sahibləri bu tədbirlər nəticəsində ən azı dörd izləyici itiriblər.
“Təmizləmə əməliyyatı” dünyaca məşhur şəxslərin hesablarında özünü daha radikal şəkildə göstərib. Pop ulduzlar Ledi Qaqa və Keti Perri 2,5 milyon izləyici, sabiq ABŞ prezidenti Barak Obama isə 2,1 milyon izləyici itirib. “Twitter”in rəsmi səhifəsi isə 7,7 milyon abunədən məhrum olub.
İyulun əvvəlindən bu yana sosial şəbəkə 70 milyon saxta səhifəni dondurub. “Twitter”in məlumatına görə 2018-ci ilin ilk 6 ayı üçün aktiv istifadəçilərin sayı 336 milyon təşkil edib. “Twitter” qeydiyyatda olan hesabların 6%-dən imtina edəcəyini proqnozlaşdırır.
Şirkət nümayəndələrinin sözlərinə görə kütləvi təmizləmə “Twitter”in daha etibarlı və şəffaf olmasına şərait yaradacaq. Bu məsələ botlar tərəfində paylaşılan saxta xəbərlər qalmaqalından sonra daha aktual olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
2027-ci il rekord istilərlə tarixə düşə bilər
Britaniya ordusunda təlimlər maliyyə çatışmazlığına görə dayandı
Komsomolskaya Pravda Alina Kabayevanın nəzarətində!
Ərzaq qiymətləri rekord həddə çatdı!
Kurtlar Vadisi"nin məşhur malikanəsi satışa çıxarıldı
Dollar sabit, avro və rubl bahalaşır
Ukraynada müharibənin gündəlik yükü: 450 milyon dollar