Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir.
Böyük rus yazıçısı Lev Tolstoyun “Anna Karenina” əsərindən olan bu sözlər hər dövr üçün aktualdır.
Hər bir ailə kiçik dövlətdir. Bu dövlət ailə üzvlərindən ibarətdir. İnsanlar hər gün eyni mənzilə gəlir, bir qapıdan içəri girir, birlikdə yaşayır, sevinc və kədərlərini bir-birləri ilə bölüşürlər.
Onlar bir yerdə yeyir, şirin söhbət edir, əylənirlər.
Hər nə qədər dünyanın siyasi xəritəsini dəyişmiş, çoxlu sayda insanların ölümünə səbəb olmuş olsalar da, onların da bir ailəsi olub.
Minval.info dünyaca məşhur liderlərin ailələri ilə çəkdikləri fotoları təqdim edir.
Bolşevik inqilabının lideri Vladimir İliç Lenin və ailəsi

Adolf Hitlerin ən sadiq dostlarından biri Nasist Almaniyasının təbliğat naziri Yozef Gebbels ailəsi ilə

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk ailəsi ilə

Əfsanəvi inqilabçı Ernesto Çe Gevara ailəsi ilə

Hindistanın ruhani lideri Mahatama Qandi ailəsi ilə

ABŞ-ın 35-ci prezidenti Con Kennedi ailəsi ilə

Nasist Almaniyasının lideri Adolf Hitler və ailəsi

Çin Xalq Respblikasının ilk lideri Mao Zedong və ailəsi

İtaliyanın faşist dövlət lideri Benito Mussolini və ailəsi

Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti Nelson Mandela ailəsi ilə

Sovet Sosialist Respublikaısnın lideri İosif Stalin və ailəsi

Dünyanın bugünkü simasını müəyyənləşdirən şəxslərdən biri Böyük Britaniyanın baş naziri Uinston Çörçill və ailəsi

Leyla Əfqan
Minval.İnfo


































