06.09.2018 - 08:15
Dünya
48 baxış
Dubay-Nyu York təyyarəsində kütləvi xəstəlik müəmması
Dubay-Nyu York aviareysi ilə uçan təyyarədə sərnişinlər kütləvi şəkildə xəstələnib.
Oxu.Az “ABC News”a istinadən xəbər verir ki, 521 sərnişindən 100 nəfərdə naməlum xəstəlik əlamətləri müşahidə olunub.
Təyyarə havada olarkən pilot dispetçerlərə məlumat verib ki, bir neçə sərnişində yüksək hərarət, daha 100 nəfərdə isə kəskin öskürək müşahidə edilir.
“Emirates” aviaşirkətinə məxsus təyyarə Nyu Yorkda eniş etdikdən sonra şirkət nümayəndələri yalnız 10 sərnişinin xəstələndiyini bəyan ediblər.
Nyu York merinin mətbuat katibi ehtimal edib ki, kütləvi xəstələnmənin mümkün səbəblərdən biri təyyarənin qrip epidemiyasının tüğyan etdiyi Məkkə şəhərində eniş etməsi ola bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
19.10.2026 - 17:34
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
19.10.2026 - 17:14
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
19.10.2026 - 16:44
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
19.10.2026 - 16:14
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
19.10.2026 - 16:04
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır
19.10.2026 - 15:23
Fransada sarı jiletlilərdən sonra xaos: Yüz milyonlarla avroluq itki
19.10.2026 - 14:33