DTX və DSX əməliyyat keçirdi - Saxlanılanlar var + Fotolar
Sen
tyabr ayının 21-də Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi birgə tədbir nəticəsində dənizdə külli miqdarda tütün məmulatlarının qanunsuz qaçaqmalçılığının qarşısı alınıb.
DSX Mətbuat Mərkəzindən “Qafqazinfo”ya bildirilib ki, Salyan rayonu istiqamətindən naməlum 2 üzmə vasitəsinin rejim qaydalarını pozaraq icazəsiz olaraq gecə vaxtı dənizə çıxması barədə qabaqlayıcı məlumata əsasən DSX-nin Sahil Mühafizəsinin Xəzər dənizinin cənub istqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi qeyd olunan əraziyə göndərilib.
Texniki müşahidə avadanlıqları və radarlar vasitəsilə üzmə vasitələrinin hərəkəti nəzarətə götürülmüş, sahildən 1.6 mil məsafədə 2 nəfər heyət üzvü olan 1 ədəd bort nömrəsiz “Yamaha-8” mühərrikli taxta tipli qayıq və onun yedəyində mühərriksiz rezin qayıq saxlanılıb.
Üzmə vasitələrinin heyəti özlərini Neftçala rayonu, Qoltuq kənd sakinləri 1978-ci il təvəllüdlü Quliyev Süleyman Qəhrəman oğlu və 1987-ci il təvəllüdlü Abuşov Sahib Qarakişi oğlu kimi təqdim ediblər.
Qayıqlara baxış zamanı ümumilikdə 48 680 qutu müxtəlif növ tütün məmulatları (“Manchester”, “Magna”, “Senator”, “Kent”, “Platinum”, “King”, “Want”) aşkar edilib.
Fаkt ilə bağlı əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.








Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur