Dronlar dərman çatdırır: Klivlend klinikası ilə gələcəyin səhiyyəsi bu gün başladı
Klivlend şəhərində yerləşən tanınmış tibb müəssisəsi, xəstələrə reseptlə verilən dərmanları avtonom dronlar vasitəsilə evlərinə çatdırmağa başlayıb.
Minval.info xəbər verir ki, bu təşəbbüs Klivlend Klinikası ilə dünyanın ən böyük avtonom çatdırılma şirkətlərindən biri olan ‘Zipline’ arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Bu layihə, ABŞ-də səhiyyə sahəsində ilk uzunmüddətli dron çatdırılma proqramı olaraq qeyd edilir. Sistem ilkin olaraq Klivlendin Biçvud bölgəsində sınaqdan keçirilib və hazırda klinikadan təxminən 8 kilometr məsafədəki əraziyə xidmət göstərir.
Sifarişin hazırlanması zamanı aptek əməkdaşı dərmanı xüsusi təhlükəsiz qutuya yerləşdirir. Daha sonra elektrikli dron bu sifarişi müstəqil şəkildə götürərək xəstənin ünvanına yollanır.
Təhlükəsizlik məqsədilə dronlar bağlara və ya binalara enmir. Ünvanın üzərinə çatdıqdan sonra təxminən 90 metr yüksəklikdə havada sabit qalır və dərmanın yerləşdirildiyi kapsulu kabel vasitəsilə yerə endirir.
Çatdırılma tamamlandıqdan sonra kapsul yenidən drona çəkilir və aparat doldurma stansiyasına qayıdır. Xəstələr çatdırılma prosesini ‘MyChart’ portalı vasitəsilə real vaxt rejimində izləyə bilirlər.
Könüllü olan və xəstələrdən əlavə ödəniş tələb etməyən bu xidmətin gələcəkdə genişləndirilməsi planlaşdırılır. Növbəti mərhələlərdə dronlarla yalnız dərmanların deyil, laboratoriya nümunələrinin, xüsusi pəhriz yeməklərinin və tibbi ləvazimatların da daşınması nəzərdə tutulur.
Hazırda isə təhlükəsizlik protokollarına görə nəzarət edilən dərmanlar bu xidmətə daxil edilmir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya ordusu zaporojyedə irəlilədi: Rıbalskoye tam nəzarət altında
İsrail və Suriya arasında yeni münaqişə: Bölgədə gərginlik artır?