Dreykdən qeyri-adi jest: Canlı yayımda hürüb, anasına ev vəd etdi!
Kanadalı məşhur repçi Dreyk, iştirak etdiyi tanışlıq proqramında qeyri-adi davranışları ilə izləyicilərin diqqətini çəkib. O, “20 qadına qarşı 1 kişi” adlı verilişdə 20 qadınla tanış olub və ABŞ-lı yayımçı Lin Lamarı ilk görüşdən bəyəndiyini dilə gətirib.
Minval.info xəbər verir ki, söhbət əsnasında Lamar, Dreykdən onun üçün hürməsini xahiş edib. Repçi isə bu istəyi yerinə yetirərək canlı yayımda bir neçə dəfə it kimi hürüb. Lamar isə ona zarafatla “Afərin, yaxşı oğlan” deyə cavab verib.
Proqram zamanı Dreyk, Lamar üçün istənilən şeyi ala biləcəyini də bildirib. Lamar isə anası üçün ev alınmasını istəyib. Repçi, onun anasına təxminən 400 min dollar dəyərində ev almağa söz verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır