22.12.2022 - 14:17
CƏMİYYƏT
35 baxış
Dövlət bu ərazilərdə əhalidən torpaqları alacaq
“Azərsu” ASC boru xətlərinin keçdiyi və quruma aid tikililərin olduğu torpaq sahələrini alacaq. Məqsəd isə təhlükəsizliyin təmin olunmasıdır.
Minval.info ölkə.az-a istinadla xəbər verir ki, bununla bağlı olaraq qurum istifadəsində olan əsas vəsaitlərin və tikintisi altına düşən torpaq sahələrinin dəyərləndirilməsi və mütəxəssis rəyinin alınmasını həyata keçirəcək.
Sözügedən qiymətləndirməni “Sorğu Ekspert Mərkəzi” MMC icra edəcək və xidmət qarşılığında təşkilata 40 257 manat ödəniləcək.
Dəyərləndirilən torpaq sahələri Şabran, İsmayıllı, Neftçala, Balakən, Qazax rayonunda yerləşən həyətyanı və digər təyinatlı torpaqlardır.
“Azərsu” ASC məlumatı təsdiqləyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
11.10.2026 - 16:54
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
11.10.2026 - 11:54
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
07.10.2026 - 15:33
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
06.10.2026 - 12:22
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
05.10.2026 - 15:31
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur
05.10.2026 - 14:21
Kəlbəcərdə 33 ildən sonra pedaqoji fəaliyyətə qayıdan müəllim
05.10.2026 - 13:32