Rusiyada 56 yaşlı qadının həyətində saxladığı donuzların onu parçaladığı bildirilir.
Minval.info Rusiya mediasına istinadən xəbər verir ki, Udmurtiya Respublikasında orta yaşlı qadın donuzlara yem vermək üçün tövləyə daxil olub. Onun qəfildən huşunu itirərək özündən getdiyi söylənilir. Bu zaman isə donuzlar onun qulaqlarını, üzünü və çiyinlərini tamamən yeyib.
Rusiya mediasına açıqlama verən qadının əri gecə özünü pis hiss etdiyindən tez yatdığını deyib. Səhər ayılanda yanında həyat yoldaşını görmədikdə donuz tövləsinə gedib. Orada qadının bədənənin qismən yeyildiyini görüb.
Hadisə ilə bağlı ölkənin müvafiq qurumları tərəfindən araşdırılma aparılır.


































