04.09.2026 - 21:20
Dünya 8 baxış

Donuz böyrəyi ilə 9 ay sağ qaldı!

Amerikalı Tim Endryuz, nadir qan qrupu səbəbindən donor böyrəyi tapa bilmədiyi üçün doqquz ay ərzində genetik modifikasiya edilmiş donuz böyrəyi ilə yaşamaq məcburiyyətində qalıb. 66 yaşlı Endryuz, hipertoniya və diabetdən əziyyət çəkirdi və 2025-ci ilin yanvarında eksperimental əməliyyata razılıq verərək donuz böyrəyi köçürülməsinə qərar verib.

Minval.info xəbər verir ki, bu müddət ərzində orqan fasiləsiz işləyərək Endryuzun qanını təmizləmiş, iştahasını və əzələ kütləsini bərpa etməsinə imkan yaratmışdır. Lakin 271 gün sonra yaranan tromblar səbəbindən orqan çıxarılıb və 2026-cı ilin yanvarında ona uyğun donordan insan böyrəyi köçürülüb.

ABŞ Qida və Dərman İdarəsinin (FDA) proqramı çərçivəsində başqa müalicə imkanı olmayan beş xəstəyə donuz böyrəkləri köçürülüb və onlardan üçü səkkiz aydan çoxdur ki, həmin orqanlarla yaşayır. Həkimlər, genetik modifikasiya edilmiş heyvan orqanlarının transplantasiya gözləyən xəstələr üçün müvəqqəti “körpü” kimi istifadə edilə biləcəyini düşünürlər. Bu yanaşma, insan donordan orqan almaq üçün illərlə gözləmək məcburiyyətində qalan xəstələr üçün yeni bir həll yolu ola bilər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: