Donald Trampın qardaşı ittiham olunur: 33 milyon dollarlıq müqavilə ABŞ-ın gündəmindədir
“The Washington Post” qəzetinin şənbə günü yaydığı xəbərə görə, prezident Donald Trampın qardaşı ilə əlaqəsi olan bir şirkət bu ilin əvvəlində 33 milyon dollarlıq hökumət müqaviləsi ilə mükafatlandırılıb. Bu olay ciddi narazılıqla qarşılanıb.
Qəzetin verdiyi məlumata görə, “US Marshals Service”in sifarişi prezident Trampın kiçik qardaşı Robert Trampa yaxın olan “CertiPath” şirkətinə çatıb. Bu şirkəti 2013-cü ildə qurulub.
“Prezidentin ən yaxın qohumlarından birinin bu sövdələşmədən maddi mənfəət əldə etməsi” iddiası ilə ABŞ Ədliyyə Baş İdarəsinin Baş Müfəttişliyinə şikayət ünvanlanıb. Şikayət Vaşinqtonda yerləşən hüquq firması tərəfindən təqdim olunub.
ƏLAQƏLİ
Türkiyə-Liviya dəniz səlahiyyətləri razılaşmasına Liviya Parlamentindən təsdiq
“CertiPath”ın prezidenti və qurucusu Jeff Nigriny qəzetə verdiyi açıqlamada deyib ki, Robert Tramp “CertiPath” şirkətində payı olan bir qurumun investorudur və yalnız passiv bir investor kimi tanınır, şirkətin idarə olunmasında heç bir rolu yoxdur: “Bizim şirkət heç bir vaxt cənab Trampın adından heç bir şəkildə istifadə etməyib və bu, bizim iş praktikamıza və etikamıza tamamilə ziddir”.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ nümayəndələri ilə Oslo danışıqlarına hazırlaşır
Ukrayna müharibəyə gündə nə qədər vəsait sərf edir?
Trampın xüsusi nümayəndəsi Zelenski və Putinlə görüşəcək
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək