DİQQƏT: Piyadalara qarşı bu hərəkəti edən sürücülər 40 manat cərimə olunacaq
“Ümumiyyətlə, sürücülər tərəfindən çirkli suların, palçığın piyadalara, nəqliyyat vasitələrinə və o cümlədən binalara sıçradılmasına görə, Azərbaycan Respublikasının inzibati xətalar məcəlləsinin 342.1.5 maddəsinə əsasən 40 manat məbləğındə cərimə nəzərdə tutulub”.
Minval.info xəbər verir ki, bu fikirləri hüquqşünas Ramil Süleymanov KONKRET.az-a açıqlamasında bildirib.

“Əgər su sıçradılması nəticəsində vətəndaşın geyimi yararsız vəziyyətə düşərsə həmin şəxs bununla bağlı hüquq mühafizə orqanına müraciət etməlidir. Birinci növbədə ona bu zərəri vurmuş avtomobil barədə məlumat verilməlidir. Həmin avtomobilin sürücüsü intizam məsuliyyətinə cəlb olunur. Barəsində portokol tərtib edilir. Bundan sonra isə vətəndaş həmin protokola əsaslanmaqla sürücüyə qarşı mülki iddia qaydasında məhkəməyə müraciət edir. Uğradığı zərəri mülki qaydada tələb etmək hüququna malik olur.”
Hüquqşünas qeyd edir ki, bununla bağlı sürücünün qeydiyyatda olduğu yerin məhkəməsinə protokolun surəti göndərilir:
“Hadisəni və zərəri əks etdirən fotoşəkillər, eləcə də iddia ərizəsi məhkəməyə təqdim olunur. Bu halda dəymiş zərər tələb edilə bilər. “
ƏLAQƏLİ
Bunu da oxuAydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
12.10.2026 - 11:34
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026