Din xadimi: "Qurban kəsmək yalnız Həcc ziyarətində olanlar üçün vacibdir"
“Qurban kəsmək yalnız Həcc ziyarətində olanlar üçün vacibdir”.
Bu fikirləri “Report”a açıqlamasında din xadimi Hacı Şahin Həsənli bildirib.
Onun sözlərinə görə, digər müsəlmanlara qurban kəsmək vacib deyil, lakin qurban bəyənilən bir əməldir:
“Qurban imkanlı insanlar tərəfindən kəsilməlidir. Kimin imkanı varsa, qurban kəsməlidir. qurban bayram günü kəsilir və ehtiyacı olan insanlar arasında paylanılır. Neçə pay verilməsi haqqında dəqiq göstəriş yoxdur. Ailəni təmin edəcək qədər qurban ətinin verilməsi məqsədəuyğundur”.
Həmçinin din xadimi onu da vurğulayıb ki, qurban kəsib paylamağın mənəvi əhəmiyyəti və ictimai önəmi var:
“Mənəvi əhəmiyyəti ondan ibarətdir ki, insan qurban kəsməklə rəmzi mənada öz nəfsini qurban kəsir, ictimai baxımından da qurban paylaşmaq əhval-ruhiyyəsi yaradır, yoxsulların halına biganə olmamaq üçün buyurulur”.
Qeyd edək ki, Azərbaycanda iyulun 9-10-u Qurban bayramı qeyd olunacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur