DİN-dən “Beerline Pub”ın qarşısındakı dava ilə bağlı açıqlama

Daxili İşlər Nazirliyi “Beerline Pub”ın qarşısında baş verən insidentlə bağlı açıqlama verib.
“Minval.info” xəbər verir ki, DİN Mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sentyabrın 12-si saat 23:40 radələrində Bakı şəhər sakini O.Tağızadə və qardaşı K.Tağızadənin Xətai rayonu Xocalı prospekti 25-də yerləşən “Beerline Pub”un qarşısında Bakı şəhər sakini R.Xammədovla aralarında mübahisə yaranıb.
ƏLAQƏLİ
Hövsanda zibil böhranı: Sakinlər antisanitar şəraitdən gileylənirlər – FOTOLAR / VİDEO
Mübahisə zamanı R.Xammədov O.Tağızadəni bir dəfə yumruqla üz nahiyyəsinə vuraraq ona bədən xəsarəti yetirib. Hadisə zamanı tərəflər arasında baş verən insidentdən sonra ərazi üzrə Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
Hər 3 şəxs saxlanılaraq ərazi üzrə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə aparılıb və onların izahatları alınıb.
Hazırda baş verən xuliqanlıq faktı ilə bağlı zəruri təhqiqat araşdırmaları davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə yaşıllıqlara ciddi ziyan vurulub
70-ci maddənin “ç” bəndi: Cəza, yoxsa ömürlük məhdudiyyət?
Şəmkirdə 19 kiloqram narkotik vasitə aşkarlandı
Məhkəmələr mediadan yazı sildirməyə başlayıb: Yeni hüquqi praktika
Veyp istifadəçilərinə ciddi xəbərdarlıq edildi
Çimərliklərdə sabah vəziyyət necə olacaq?