Dilimizin gələcəyi: Alınma sözlərə qarşı Milli söz yaratma cəsarəti
Azərbaycan türkcəsi, duyğularımızın və düşüncələrimizin ifadə vasitəsi olaraq, yalnız bir ünsiyyət vasitəsi deyil, həm də milli yaddaşımızın və düşüncəmizin qoruyucusudur. Dilin canlı bir quruluş kimi, yeni anlayışlar qarşısında öz sözünü yaratmaq qabiliyyətini itirməsi təhlükəli bir vəziyyətdir.
Minval.info xəbər verir ki, dillər tarix boyu bir-birindən söz almış və bu proses davam edəcəkdir. Elm və mədəniyyətin qloballaşması ilə birlikdə sözlər də sərhədləri aşır. Alınma sözlərin dildən çıxarılması düşüncəsi doğru deyil, lakin öz dilimizdə yeni anlayışlar yaratmaq vərdişimizin zəifləməsi narahatlıq doğurur.
Azərbaycan türkcəsində yalnız danışmaqla kifayətlənməməli, bu dildə düşünməli, öyrənməli və yeni biliklər yaratmalıyıq. 1920-ci illərdə Azərbaycan alimləri elmi anlayışlara öz dillərində qarşılıq tapmağa çalışırdılar. O dövrdə “həndəsə” üçün “biçimbil”, “aksioma” üçün “özübəlli” kimi sözlər təklif olunmuşdu.
ƏLAQƏLİ
Pensiya kapitalında yeni dövr: Vətəndaşlara erkən istifadə hüququ gəlir?
Bu sözlərin bəziləri zamanla unudulsa da, onların arxasındakı düşüncə hələ də əhəmiyyətlidir. 1922-ci ildə İstilah Komissiyasının yaradılması və “Dilimizin istilahı” bölməsinin yayımlanması, söz yaratma prosesinin yalnız alimlərə məxsus olmadığını, cəmiyyətin də bu prosesdə iştirak etdiyini göstərir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Pensiya kapitalında yeni dövr: Vətəndaşlara erkən istifadə hüququ gəlir?
Gəncədə məşhur şadlıq sarayı hərraca çıxarıldı: Qiyməti nə qədərdir?
Bakı küçələrində hərəkət məhdudiyyəti: Hansı yollar bağlanacaq?