Pensiya kapitalında yeni dövr: Vətəndaşlara erkən istifadə hüququ gəlir?
2026-cı ildə Azərbaycanda vətəndaşların pensiya kapitalı ötən ilin istehlak qiymətləri indeksinə uyğun olaraq 5.6 faiz artırılıb. Minimum pensiya kapitalı isə 46 080 manat səviyyəsində saxlanılıb.
Minval.info xəbər verir ki, son günlərdə müzakirə olunan mövzulardan biri də vətəndaşların pensiya yaşına çatmadan öz pensiya kapitallarının bir hissəsindən istifadə hüququnun əldə edilməsi məsələsidir. Bu kapital əsasən iki hissədən ibarətdir: əmək pensiyası kapitalı və əlavə kapital.
Deputat Vüqar Bayramov bildirib ki, vətəndaşın pensiya yaşına çatdıqda onun topladığı pensiya kapitalı gələcək pensiya məbləğinin müəyyənləşdirilməsində əsas göstəricilərdən biridir. Hazırda pensiya kapitalı 144-ə bölünərək vətəndaşın pensiyasının müəyyənləşdirilməsi üçün istifadə olunur. Minimum pensiya məbləği 320 manatdır və bu məbləğin 144-ə vurulması nəticəsində minimum pensiya kapitalı 46 080 manat təşkil edir.
ƏLAQƏLİ
Tibb ixtisaslarına qəbulda qızğın rəqabət: 600 bal toplayanlar da təhlükədə!
Bayramov əlavə edib ki, minimum pensiya kapitalını toplayan və 25 il sığorta stajı olan vətəndaşlar əmək pensiyası almaq hüququ əldə edirlər. 2018-ci il iyulun 1-dək pensiya kapitalı toplamış şəxslərin də əmək pensiyası almaq hüququ təmin edilib.
Deputat, pensiya kapitalı minimum həddən aşağı olan vətəndaşlar üçün fərqli yanaşmanın tətbiq edilməsini təklif edib. O, minimum pensiya kapitalına yaxın məbləğ toplamış vətəndaşların pensiyası müəyyənləşdirilərkən faktiki topladığı pensiya kapitalının da nəzərə alınmasını təklif edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tibb ixtisaslarına qəbulda qızğın rəqabət: 600 bal toplayanlar da təhlükədə!
Qarabağ"dan möhtəşəm qələbə: "Dinamo"ya qarşı iki qolla play-offa!
Gəncədə məşhur şadlıq sarayı hərraca çıxarıldı: Qiyməti nə qədərdir?
Bakı küçələrində hərəkət məhdudiyyəti: Hansı yollar bağlanacaq?
Səyahət edərkən bu səhvləri etməyin: Əlavə xərclərdən necə qaçmaq olar?