14.08.2022 - 13:46
CƏMİYYƏT 29 baxış

Deputat onun adından yayılan sitatla bağlı AÇIQLAMA verdi

Millət vəkili Sevinc Fətəliyeva sosial şəbəkələrdə onun adından sitat paylaşanlara müraciət edib.

Musavat.com xəbər verir ki, deputat onun adından yanlış məlumat paylaşılmasının hüquqi məsuliyyət yaratdığını qeyd edib. S.Fətəliyeva feysbuk səhifəsində yazıb:

“Adımdan uydurma və cəfəng sitat paylaşanların nəzərinə: bu cür yanaşma sərgiləyənlər unutmasınlar ki, yanlış məlumat və təhqir olunma qanun çərçivəsində tənzimlənir!”.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Sevinc Fətəliyevanın adından “Bəzən sosial şəbəkələrdə elə fikirlər səslənir ki, utandığım üçün 2-3 gün evə getməyib oteldə qalıram” sitatı paylaşılıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: