“Davam” “ZəfərimİZ” adlı kampaniyaya start verib

“Davam” Gənclər Hərəkatı 44 günlük Vətən müharibəsinin ilk ildönümü münasibəti ilə silsilə tədbirlərdən ibarət “ZəfərimİZ” adlı kampaniyaya start verib.
Kampaniya çərçivəsində ilk görüş Ucar rayonunda baş tutub. Tədbir ümummilli lider Heydər Əliyevin Ucarın mərkəzində ucaldılmış abidəsi və Şəhidlər xiyabanının ziyarət olunması ilə başlayıb.
ƏLAQƏLİ
Hövsanda zibil böhranı: Sakinlər antisanitar şəraitdən gileylənirlər – FOTOLAR / VİDEO
Sonra isə Ucar Gənclər Evində karantin qaydalarına uyğun olaraq açıq hava şəraitində “Zəfər savaşı və tarixi qalibiyyət” adlı tədbir baş tutub. Tədbirdə millət vəkili Ramil Həsən, Ucar Rayon İcra Hakimiyyətinin Başçısının müavini, YAP Ucar rayon təşkilatının sədri
Şəhla Abdullayeva, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Ucar Rayon Təhsil şöbəsinin müdiri Rauf Məmmədov, Ucar Gənclər Evinin direktoru Elamin Dibirov iştirak edib.
Tədbirdə çıxış edən natiqlər Zəfərə gedən yolu, Müzəffər Ali Baş Komandanın uzun dönəm üçün hesablanmış xarici siyasətini, ordu quruculuğu, müdafiə sənayesinin inkişafı və 44 günlük Vətən Savaşında baş verən dinamik hadisələr haqqında fikir mübadiləsi aparıb, Zəfər tarixinin gənc nəslin yetişdirilməsində ən vacib təməl daşlarından biri olduğunu qeyd ediblər.
Minval.info


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə yaşıllıqlara ciddi ziyan vurulub
70-ci maddənin “ç” bəndi: Cəza, yoxsa ömürlük məhdudiyyət?
Şəmkirdə 19 kiloqram narkotik vasitə aşkarlandı
Məhkəmələr mediadan yazı sildirməyə başlayıb: Yeni hüquqi praktika
Veyp istifadəçilərinə ciddi xəbərdarlıq edildi
Çimərliklərdə sabah vəziyyət necə olacaq?