12 may tarixində “Davam” Gənclər Hərəkatı tərəfindən “Şuşa İli”nə həsr olunmuş “Şuşa Graffiti Fest” baş tutub. Festival Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Park Bulvar” Ticarət Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilib. Festivalda “Davam” Gənclər Hərəkatının nümayəndələri, tanınmış bitboks və rep ustaları, “breakdance” və hip-hop üzrə rəqqaslar, qrafiti-rəssamlar, o cümlədən davamçı gənclər iştirak edib.
Festival zamanı yaradıcı gənclər “Park Bulvar” Ticarət mərkəzinin mənfi ikinci mərtəbəsinin divarlarına rəngarəng sprey rəngləyicilər vasitəsilə qrafiti üslubunda rəsmlər çəkərək “street art show” nümayiş etdiriblər. Onlar arasında “Şuşa 2022”, “Dəmir Yumruq”, “Şuşa 270”, “Xarıbülbül” rəsmləri festival iştirakçılarının xüsusi diqqət mərkəzində olub.
İrəliləyən saatlarda isə tanınmış bitboks və rep ustaları tərəfindən müxtəlif ifalar edilib, “breakdance” və hip-hop üzrə rəqs hərəkətləri nümayiş olunub.
Qeyd edək ki, rəsmləri əyani görmək istəyən hər bir şəxs “Park Bulvar” Ticarət Mərkəzinə üz tuta bilər.