“Davam” sədrinin Ankara səfəri başa çatıb

“Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlının 27-30 sentyabr tarixlərində baş tutan Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfəri başa çatıb. Səfər çərçivəsində növbəti görüş Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin başqanı Abdullah Erenlə baş tutub.
Görüş zamanı “Davam” Gənclər Hərəkatının fəaliyyəti haqqında geniş məlumat verən Nihad Allahyarlı daha sonra YTB-nin türk dövlətlərində gənclər üçün təqdirəlayiq işlər gördüyünü qeyd edib və hərəkatın Türkiyədə yaşayan gənclərlə Azərbaycanda yaşayan gənclərin işbirliyinin daha da yüksəldilməsi istiqamətində layihələr ərsəyə gətirməkdə maraqlı olduğunu dilə gətirib.
ƏLAQƏLİ
Hövsanda zibil böhranı: Sakinlər antisanitar şəraitdən gileylənirlər – FOTOLAR / VİDEO
Öz növbəsində Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin başqanı Abdullah Eren idarə tərəfindən həyata keçirilən “Türkiyə bursları” Azərbaycanda çox populyar olduğunu qeyd edib, həmçinin liderlik, media və digər mövzulardan bəhs edən tematik layihələr çərçivəsində birgə əməkdaşlıq perspektivlərindən danışıb. Azərbaycan gəncliyinin Türkiyənin tarixi yerlərini gəzməsi, görməsi və tanıması üçün müxtəlif səfər proqramları bazasında işbirliyi imkanlarından bəhs olunub, “Teknofest” – Aerokosmik və Texnologiya Festivalında Azərbaycandan olan gənclərin təmsil olunmasına təşviq edilməsinin önəmli olduğunu vurğulayıb.
Görüş xatirə fotolarının çəkilməsi ilə yekunlaşıb.
Qeyd edək ki, baş tutan işgüzar səfər çərçivəsində TİKA, YTB və TC Gənclər və İdman Nazirliyində görüşlər baş tutub.
Minval.info

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda və bölgələrdə yaşıllıqlara ciddi ziyan vurulub
70-ci maddənin “ç” bəndi: Cəza, yoxsa ömürlük məhdudiyyət?
Şəmkirdə 19 kiloqram narkotik vasitə aşkarlandı
Məhkəmələr mediadan yazı sildirməyə başlayıb: Yeni hüquqi praktika
Veyp istifadəçilərinə ciddi xəbərdarlıq edildi
Çimərliklərdə sabah vəziyyət necə olacaq?