28.09.2021 - 10:44
CƏMİYYƏT 19 baxış

"Davam” Anım Günü ilə bağlı fləşmob həyata keçirib

27 sentyabr tarixində “Davam” Gənclər Hərəkatı tərəfindən 44 günlük Vətən müharibəsində canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə həsr olunan “Anım Günü” adlı tədbir – fləşmob həyata keçirilib. Tədbirdə “Davam”ın katibliyi, qazilər, şəhid ailələrinin nümayəndələri və 200-dən çox davamçı gənc iştirak edib.

Tədbir şəhidlərimizin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra əllərində Azərbaycan Respublikasının və “Davam” Gənclər Hərəkatının bayraqlarını dalğalandıran davamçılar hazırladıqları fləşmobu nümayiş etdirərək canlı şəkildə, uca səslə dövlət himnini ifa ediblər. Fləşmob zamanı Anım Günü ilə bağlı sosial media paylaşımları üçün nəzərdə tutulan həştəqlərin yer aldığı plakat ictimaiyyətə nümayiş olunub. Fləşmob ərazidən keçən vətəndaşların və şəhərimizin qonaqlarının xüsusi marağına səbəb olub, onlar telefonları ilə bu anların video və foto görüntüsünü çəkiblər.

Fləşmobun keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində canını Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda qurban verən şəhidlərimizin Anım Gününü ictimai şəkildə qeyd etmək, cəmiyyətin diqqətini bu hadisəyə çəkərək gəncliyimizin öz Zəfər tarixini heç vaxt unutmayacağını göstərməklə birlik və vətənpərvərlik mesajı verməkdir.

Minval.info

 

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: