“Daun və autizm spektrli uşaqlara psixoloji xidmət” adlı LAYİHƏ
Müasir Psixoloji Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Daun və autizm spektrli uşaqlara psixoloji xidmət” adlı layihə həyata keçirir.
Təşkilat rəhbəri Aida Nəbiyeva Musavat.com-a bildirdi ki, cəmiyyətin ən həssas və daha çox xüsusi qayğıya ehtiyacı olan təbəqəsi içərisində autizmli uşaqlar əsas yerlərdən birini tutur.
Autizm 3 yaşından etibarən ortaya çıxan uşağın sosial münasibətlərinə və ünsiyyətinə mənfi təsir göstərən ömür boyu davam edən bir sindromdur.
Hazırda dünya əhalisinin 1% -dən çoxu bu sindromdan əziyyət çəkir. Dünyada olduğu kimi ölkəmizdə də autizmli uşaqların sayı artmaqda davam edir.
Sindromun reabilitasiyasında layihə çərçivəsində tibbi, psixoloji, sosioloji və s. metodlardan geniş
istifadə edilir. Eyni zamanda daun və autizm spektrli uşaqların valideynləri ilə də müxtəlif səpkidə görüşlər nəzərdə tutulub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəblərdə geyim qaydaları ilə bağlı QHT bəyanat yayımladı
Azərbaycanlıların əcnəbilərlə nikahları niyə tez pozulur?
Uşaqların hüquqlarının müdafiəsi üçün qanunvericilikdə yeniliklər edilir
Bakının Nübar qəsəbəsində yolların vəziyyəti taksilərin girişinə mane olur
Etibarnamə ilə avtomobil idarə etmək köhnəlmiş tətbiqdir
Türk ölkələrində məktəblərdə hicab qadağası mövcuddur