Dağlıq bölgələrdə şimşək çaxır, külək sürət yığır: Havanın sürprizləri davam edir
Avqustun 9-dan etibarən Azərbaycanın bəzi dağlıq və dağətəyi bölgələrində şimşək çaxması və yağışlı hava şəraiti qeydə alınır. Bu ərazilərdə yağıntılar leysan xarakteri daşıyır.
Minval.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Gədəbəydə 17 mm, Daşkəsəndə 14 mm, Ağstafa və Göygöldə 9 mm, Şəmkirdə 7 mm, Gəncədə 6 mm, Tovuzda 4 mm, Şəkidə 2 mm, Tərtər, Yevlax, Ceyrançöl, Şahdağ və Naftalanda isə 1 mm yağıntı düşüb.
Bəzi bölgələrdə şimal-qərb küləyi güclənib, Culfa və Mingəçevirdə küləyin sürəti 21 m/s, Naftalanda 18 m/s, Şabranda isə 17 m/s-ə çatıb. Bakıda və Abşeron yarımadasında, eləcə də Sədərəkdə küləyin sürəti 15 m/s-ə qədər yüksəlib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39 dərəcə, Aran rayonlarında 40 dərəcə, Naxçıvan MR-da 38 dərəcə, dağlıq rayonlarda isə 27 dərəcəyə qədər yüksəlib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kəramət böyükçöl yazıçıdan çobana: Qeyri-adi iş planı ilə gündəmdə
Aliment borcunda şok iddia: İcra məmurundan "pulu olsa verər" cavabı!
Bakının Mərkəzində marşrutlar dəyişdi: Hansı küçələrdən keçəcəksiniz?
Lerik-Lənkəran sərhədində yer titrədi: Zəlzələ nə dərəcədə təhlükəli idi?