Dağlarda yağışlar güclənir: Avqustun 17-dək təhlükəli hava şəraiti gözlənilir
Azərbaycanın müxtəlif bölgələrində qeyri-sabit hava şəraitinin avqustun 17-dək davam edəcəyi və fasilələrlə yağış yağacağı proqnozlaşdırılır.
Minval.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bəzi yerlərdə leysan xarakterli intensiv yağışların yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir. Xüsusilə avqustun 14-ü və 15-i gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimal edilir.
Çaylarda su səviyyəsinin artacağı və bəzi dağ çaylarında qısamüddətli sel hadisələrinin baş verə biləcəyi də bildirilir.
Fövqəladə Hallar Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək, ehtiyatlı olmalarını tövsiyə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026