Dağlarda yağış və şimşək: Avqustun sərin sürprizləri
Avqustun 6-da səhər saatlarına olan məlumata əsasən, ölkənin əksər bölgələrində hava şəraiti yağmursuz keçsə də, bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış və şimşək müşahidə edilib.
Minval.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Daşkəsən, Gədəbəy, Şəmkir, İsmayıllı, Xaçmaz, Qrız, Qusar, Gəncə, Sarıbaş (Qax) və Şəkidə yağıntının miqdarı 1 mm olub.
Hazırda Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi 18 m/s sürətlə əsir. Digər bölgələrdə isə cənub-şərq küləyi üstünlük təşkil edir, Culfada küləyin sürəti 21 m/s, Naxçıvanda isə 16 m/s-yə çatır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan Muxtar Respublikasında 38, Aran rayonlarında 39, dağlıq rayonlarda isə 26 dərəcəyədək yüksəlib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026