Dağlarda yağış sürprizi: Bəzi bölgələrdə ildırım çaxdı
Ölkənin bəzi bölgələrində qısa müddətli yağışlar qeydə alınıb.
Minval.info xəbər verir ki, 6 avqust səhər saat 9:00-a olan məlumata görə, ölkə ərazisində əsasən yağışsız hava şəraiti hökm sürsə də, dağlıq və dağətəyi rayonlarda qısa müddətli yağışlar və ildırım çaxması müşahidə edilib.
Yağışın miqdarı Daşkəsən, Gədəbəy, Şəmkir, İsmayıllı, Xaçmaz, Qrız, Qusar, Gəncə, Sarıbaş (Qax) və Şəkidə 1 mm təşkil edib.
Hazırda Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi əsir və küləyin maksimal sürəti 18 m/s-ə çatır. Bölgələrdə isə cənub-şərq küləyi müşahidə olunur, Culfa bölgəsində küləyin maksimal sürəti 21 m/s, Naxçıvanda isə 16 m/s-ə çatır.
Bakı və Abşeron yarımadasında havanın maksimal temperaturu 34 dərəcə, Naxçıvan Muxtar Respublikasında 38 dərəcə, düzənlik rayonlarda 39 dərəcə, dağlıq rayonlarda isə 26 dərəcə isti olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026