Dağlarda leysan yağışları: Xınalıq normanı ikiqat keçdi!
Azərbaycanın bir sıra bölgələrində aralıqla yağıntılı hava şəraiti müşahidə olunur. Leysan yağışlar və şimşək çaxması ilə müşayiət olunan bu hava şəraiti, xüsusilə dağlıq və dağətəyi rayonlarda özünü daha intensiv göstərir.
Minval.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin avqustun 14-ü saat 10:00-a olan məlumatına əsasən, bəzi bölgələrdə yağıntıların miqdarı yüksək olub. Sarıbaşda (Qax) yağıntının miqdarı 53 mm (aylıq normanın 46%-i), Balakəndə 45 mm (aylıq normanın 61%-i), Zaqatalada isə 44 mm (aylıq normanın 60%-i) təşkil edib. Xınalıqda isə bu rəqəm 40 mm-ə çatıb ki, bu da aylıq normanın 119%-i deməkdir.
Digər bölgələrdə də yağıntılar qeydə alınıb: Qrızda 20 mm (aylıq normanın 38%-i), Qusarda 10 mm (aylıq normanın 30%-i), Gədəbəydə 10 mm, Quba və Tovuzda 8 mm, Ağdamda 7 mm, Xaçmaz, Şabran və Kişçayda (Şəki) 4 mm, Daşkəsən, Lənkəran, Ceyrançöl və Culfada 3 mm, Şahdağ və Qəbələdə 2 mm, Göygöl, Gəncə, Naftalan, Oğuz, Tərtər, Mingəçevir, İsmayıllı, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Sabirabadda, eləcə də Bakıda və Abşeron yarımadasında 1 mm yağıntı qeydə alınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026