Dağlarda dolu təhlükəsi: Avqustun 10-da hansı bölgələr risk altında?
Avqustun 10-da ölkənin bəzi bölgələrində hava şəraitinin dəyişəcəyi proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək, lakin mülayim şimal-qərb küləyi ara-sıra güclənəcək.
Havanın temperaturu gecə saatlarında 23-27° C arasında, gündüz isə 29-33° C arasında dəyişəcək. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 40-45 % olacaq.
Minval.info xəbər verir ki, Azərbaycanın dağlıq və dağətəyi bölgələrində fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış, şimşək və dolu ehtimalı var. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə edilə bilər. Mülayim qərb küləyi əsəcək.
Bu bölgələrdə havanın temperaturu gecə 22-27° C, gündüz 32-37° C arasında, dağlıq ərazilərdə isə gecə 15-20° C, gündüz 22-27° C arasında olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026