Dərmanları səhv zamanda qəbul etmək: Sağlamlığınıza zərər verə bilər!
Dərmanların günün müxtəlif vaxtlarında qəbul edilməsi onların təsir gücünü dəyişə bilər. Bu, insan orqanizminin bioloji saatı ilə əlaqədardır.
Minval.info xəbər verir ki, tibb üzrə fəlsəfə doktoru Andrey Kondraxin bu barədə danışaraq, dərmanların qəbul vaxtının xəstəliyin xüsusiyyətlərinə uyğun təyin edilməsinin vacibliyini vurğulayıb. Məsələn, bəzi insanlarda arterial təzyiq axşam və ya gecə saatlarında yüksəlirsə, dərmanların həmin vaxtda qəbul edilməsi məsləhət görülə bilər.
Əgər təzyiq gün boyu yüksək qalırsa, həkimlər dərmanın gün ərzində iki dəfə və ya sutkada bir dəfə qəbul edilməsini təklif edə bilərlər. Həkimlər həmçinin qalxanabənzər vəzə təsir edən hormonal preparatların səhər erkən saatlarda qəbul edilməsini tövsiyə edirlər.
Səyahət zamanı dərmanların qəbul rejiminə diqqət yetirmək də vacibdir. Saat qurşağının dəyişməsi orqanizmin bioloji ritmini təsir edə bilər və bu, dərmanların qəbul vaxtının yenidən təyin edilməsini tələb edə bilər.
Dərmanların qəbul saatını özbaşına dəyişmək məsləhət deyil. Xüsusilə təzyiq və hormonal preparatların qəbul rejimi həkimlə məsləhətləşmədən dəyişdirilməməlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq