Dərbəndin azərbaycanlı icra başçısı ev dustağı edildi

Dərbənd rayonunun başçısı Məhəmməd Cəlilov məhkəmənin qərarı ilə tutduğu vəzifədən azad olunaraq ev dustağı edilib.
Minval.İnfo Oxu.Az-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsi rəsmi Telegram kanalında məlumat yayıb.
Qeyd edək ki, Dərbənd başçısı torpaq sahələrinin ayrılması ilə bağlı maxinasiyalarda şübhəli bilinir.
Cəlilov dindiriləndən dərhal sonra saxlanılıb. O, 2015-ci ildən bəri Dərbənd rayon Administrasiyasının rəhbəri olub.
Məlumata görə, Dərbənd başçısı ilə yanaşı, onun qardaşı, yerli meşə təsərrüfatı idarəsinin rəhbəri Zülfitdin Cəlilov da polisin nəzarətinə götürülüb.
Bundan əvvəl hüquq-mühafizə orqanları rayon administrasiyasında axtarış apararaq, torpaq təsərrüfatı ilə bağlı sənədləri müsadirə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır