07.03.2025 - 22:42
Dünya
144 baxış
“Crocus”dakı terroru o təşkil edibmiş <span style=color:red>- Saxlanıldı
“Crocus City Hall”da baş verən terror aktını təşkil etməkdə şübhəli bilinən Məhəmməd Şərifullah ABŞ-də saxlanılıb.Bu barədə ABŞ-nin Ədliyyə Departamenti məlumat yayıb.
Bildirilib ki, o, Əfqanıstanda 13 amerikalı əsgərin ölümünə səbəb olan terror hücumu ilə bağlı əməliyyatlar çərçivəsində həbs edilib.
Daha sonra həmin şəxs “Crocus”da terrorçulara göstəriş verdiyini də etiraf edib.
Qeyd edib ki, “Cəfər” ləqəbli terrorçu hücumçulara “Kalaşnikov” avtomatı və digər silahlardan necə istifadə etmək barədə təlimatlar ötürübmüş.
Ədliyyə Nazirliyinin bəyanatında deyilir ki, Şərifulla “Crocus”da törədilən terror aktından sonra həbs edilən 4 nəfərdən ikisini əvvəllər göstəriş verdiyi şəxslər kimi tanıyıb.
Şərifullah martın 5-də Virciniya ştatında məhkəmə qarşısına çıxıb. Növbəti məhkəmə prosesi martın 10-da keçiriləcək.
Xatırladaq ki, “Crocus City Hall”da terror aktı 2024-cü il martın 22-də bir qrup silahlı yaraqlının “Piknik” qrupunun konserti zamanı kompleksə girərək atışmalara başladığı zaman baş verib. Daha sonra bina alovlanıb və çöküb. Azı 145 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.
///Qafqazinfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
19.10.2026 - 17:34
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
19.10.2026 - 17:14
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib
19.10.2026 - 16:44
Putin, Tramp və Şiyə Ukrayna mövzusunda üçtərəfli zirvə təklif etdi
19.10.2026 - 16:14
Livan prezidenti: İsrail ABŞ vasitəçiliyi ilə əldə edilən razılığı pozur
19.10.2026 - 16:04
Avropa ölkələri sosial mediada uşaqları qorumağa çalışır
19.10.2026 - 15:23
Fransada sarı jiletlilərdən sonra xaos: Yüz milyonlarla avroluq itki
19.10.2026 - 14:33