COVID-19-a qarşı yüksək dəqiqliyə malik test ixtira olunub
İnsanın ağız suyunun antigenlərin analizinə əsasən koronavirusun, o cümlədən “omikron” ştamının mövcud olub-olmamasını 97 faiz dəqiqliklə təyin edən yeni sürətli test yaradılıb.
Minval.info xarici KİV-ə istinadən xəbər verir ki, Sinqapur Milli Universiteti, Milli Onkologiya Mərkəzi və Ümumi Xəstəxana ekspertlərinin birgə çalışması olan yeni test qarşıdakı 3 ay ərzində bazara çıxarılacaq.
Müəlliflərə görə, cavabı 15 dəqiqə ərzində verilən testin dəqiqliyi PCR səviyyəsində, yəni 97 faizə yaxındır. Üstəlik bu testdən istənilən vaxt, o cümlədən yeməkdən sonra istifadə edilə bilməsi də onun üstün cəhətidir.
Mövcud testlərin əksəriyyətinə nisbətən daha ağrısız olan yenisi həm kütləvi, həm də ev şəraitində tətbiq edilə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yaponiyada 100 yaşlıların sayı rekord vurdu
Sinə dolğuları təhlükə saçır: Nazirlikdən xəbərdarlıq!
Qarışqa dərmanı Ağdamda qadını xəstəxanalıq etdi
Ağdamda qadın həşərat dərmanından zəhərləndi
Payızın xərçəngə qalxan olan 5 möcüzəvi qidası
Salyan xəstəxanasında pişik ov səhnəsi: Siçan hədəfdə!
İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verdi