Çində son sutka ərzində daha 25 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 85 940-a çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür.

Ümumilikdə 80 967 xəstə sağalıb. Ölkədə 339 aktiv koronavirus xəstəsi var ki, onlardan da 7-nin vəziyyəti ağır qiymətləndirilir.