Cənubi Afrikada iki kütləvi atışma: 27 nəfər həlak oldu
Cənubi Afrikada baş verən iki kütləvi atışma nəticəsində 27 nəfər həlak olub. Bu hadisələr ölkədə baş verən son silahlı zorakılıq hadisələri sırasındadır.
Johannesburq yaxınlığında bir bara hücum edən səkkiz silahlı şəxs 17 nəfəri öldürüb və 15 nəfəri yaralayıb. Hadisə şənbə axşamı baş verib. Minval.info xəbər verir ki, digər atışma isə bazar günü səhər saatlarında Cape Town yaxınlığındakı bir əyləncə məkanında baş verib, burada 10 nəfər həyatını itirib və 11 nəfər yaralanıb.
Cənubi Afrika dünyada ən yüksək qətl nisbətlərindən birinə malikdir və son illərdə dəstə ilə əlaqəli silahlı zorakılıqları nəzarət altına almaqda çətinlik çəkir. Polisin bildirdiyinə görə, son hücumların motivi hələ dəqiq bilinmir.
Johannesburqda silahlılar əvvəlcə barın qarşısında müştərilərə atəş açıb, daha sonra içəri daxil olaraq hücuma davam ediblər. Onlar iki maşını yandıraraq hadisə yerindən qaçıblar. Polisin məlumatına görə, 13 kişi və 4 qadın həyatını itirib.
Cape Townda isə beş qurban hadisə yerində, digər beş nəfər isə xəstəxanada vəfat edib. Hər iki hadisə ilə bağlı hələ həbs olunan yoxdur.
Bu kütləvi atışmalar Durban şəhərindəki KwaMakhutha qəsəbəsində bir evə hücum edən silahlı şəxslərin 11 nəfəri öldürdüyü hadisədən bir neçə gün sonra baş verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran Naxçıvanla sərhədə hərbi texnika toplayır? - Rəsmi açıqlama
"Sabah" - "Barselona" matçında ölən əcnəbi baş direktor imiş
"Sabah" - "Barselona" matçında ölən əcnəbi baş direktor imiş - Foto
Ramiz Mehdiyev və köməkçisinin apellyasiya şikayətinə baxıldı
Qahirədə yanacaq tankeri qəzası 31 nəfərin ölümünə səbəb oldu
Aralıq dənizində tanker batdı: 7 min ton dizel yanacağı daşıyırmış