UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.

“Report” xəbər verir ki, turun ilk oyun günündə 8 qarşılaşma keçirilib.

Günün əsas görüşü İtaliyada baş tutub. Turnirin son qalibi “Real Madrid”(İspaniya) “Roma”nın qonağı olub. Görüş “Kral klubu”nun inamlı qələbəsi ilə yekunlaşıb – 2:0. Məğlubiyyətə baxmaraq, “Roma” “Real Madrid”lə birgə 1/8 finala yüksəlib. Buna qrupun digər matçında Rusiya MOİK-nin evdə Çexiyanın “Viktoriya” (Plzen) komandasına məğlubiyyəti səbəb olub.

İtaliyanın turnirdəki digər təmsilçisi “Yuventus” isə evdə İspaniya “Valensiya”sına minimal hesabla qalib gəlib. H qrupunun digər görüşündə “Mançester Yunayted” İngiltərədə İsveçrə “Yanq Boyz”una minimal hesabla qalib gəlib. Beləliklə, İtaliya və İngiltərə təmsilçiləri Çempionlar Liqasında mərhələ adlayıblar.

Digər vəsiqələrə gəldikdə, E qrupunda Hollandiya “Ayaks”ı Yunanıstanda AEK üzərində inamlı qələbə sayəsində, “Bavariya” isə Almaniyada Portuqaliya “Benfika”sını darmadağın edərək, mərhələ adlayıb. H qrupunda isə hələlik yeganə vəsiqəni İngiltərənin “Mançester Siti” klubu Fransada “Lion”la heç-heçə sayəsində əldə edib. Ukrayna “Şaxtyor”u isə Almaniyada “Hoffenhaym”ı son dəqiqə qolu ilə yenərək, 1/8 final şanslarını son tura saxlayıb.

27 noyabr

Çempionlar Liqası, V tur

E qrupu

21:55. AEK (Afina, Yunanıstan) – “Ayaks”(Hollandiya) – 0:2

Qollar: Duşan Toşiç, 68 (pen.); 72

00:00. “Bavariya” (Almaniya) – “Benfika” (Portuqaliya) – 5:1

Qollar: Aryen Robben, 13; 30. Robert Levandovski, 36; 51. Frank Riberi, 76 – Jedson Fernandeş, 46

Xal durumu: “Bavariya” – 13, “Ayaks” – 11, “Benfika” – 4, AEK – 0.

F qrupu

00:00. “Lion” (Fransa) – “Mançester Siti” (İngiltərə) – 2:2

Qollar: Maksvel Korne, 55; 81 – Emerik Lyaport, 62. Serxio Aqüero, 83

00:00. “Hoffenhaym” (Almaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna) – 2:3

Qollar: Andrey Kramariç, 17. Tsiben Tsuber, 40 – İsmaili, 14; Tayson, 15; 90+2

Xal durumu: “Mançester Siti” – 10, “Lion” – 7, “Şaxtyor” – 5, “Hoffenhaym” – 3.

G qrupu

21:55. MOİK (Moskva, Rusiya) – “Viktoriya” (Plzen, Çexiya) – 1:2

Qollar: Nikola Vlaşiç, 10 (pen.) – Roman Proxazka, 56. Lukaş Heyda, 81

00:00. “Roma” (İtaliya) – “Real Madrid” (İspaniya) – 0:2

Qollar: Qaret Beyl, 47. Lukas Vaskes, 59

Xal durumu: “Real Madrid” – 12, “Roma” – 9, “Viktoriya” – 4, MOİK – 4.

H qrupu

00:00. “Yuventus” (İtaliya) – “Valensiya” (İspaniya) – 1:0

Qol: Mario Mancukiç, 59

00:00. “Mançester Yunayted” (İngiltərə) – “Yanq Boyz” (İsveçrə) – 1:0

Qol: Maruan Fellaini, 90+1

Xal durumu: “Yuventus” – 12, “Mançester Yunayted” – 10, “Valensiya” – 5, “Yanq Boyz” – 1.

Qeyd edək ki, daha əvvəl İspaniya “Barselona”sı növbəti mərhələyə vəsiqəni təmin edib.