Çeçenistanla Dağıstan arasında torpaq mübahisəsi böyüyür

Dağıstan parlamenti birtərəfli qaydada sərhədlərin müəyyən edilməsinin yolverilməz olması barədə bəyanatla çıxış edib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, buna səbəb Çeçenistanın Qeydiyyat, Kadastr və Xəritəçəkmə İdarəsinin yayımladığı kadastr xəritəsi olub. Bu xəritədə rəsmi Qroznı Dağıstanın Qızılyar rayonunun tərkibinə daxil olan sərhədyanı məntəqələrdən birini Çeçenistan torpağı kimi qeydiyyatdan keçirib.
Parlamentin hazırladığı bəyanat Rusiya Prezidentinin Şimali Qafqaz Federal Bölgəsi üzrə nümayəndəsi və Çeçenistanın spikerinə də göndərilib.
Qeyd edək ki, bundan öncə Çeçenistanla İnquşetiya arasında torpaq mübadiləsi haqqında müqavilə imzalanıb. Müqavilə sonradan İnquşetiyada böyük etirazlara səbəb olub. Yerli əhali İnquşetiya hakimiyyətindən müqavilənin təcili ləğvini tələb edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukrayna Azərbaycanlıları Radasının qurultayı keçiriləcək
İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv olur
Sabah Türkiyədə seçkilərdir
Türkiyədə təhsil işçilərinin 72 faizi tam peyvənd olunub
Qazaxıstanda koronavirusa daha 4 106 nəfər yoluxub
Türkiyədə son sutkada koronavirusdan 25 160 nəfər sağalıb